Bu gün - 9 oktyabr dünyada “Ümumdünya Poçt Günü” kimi qeyd olunur.
Teleqraf.com xəbər verir ki, 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan “Bern sazişi” imzalanıb.
1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı (ÜPİ) adlandırılıb.
Azərbaycan 1993-cü ilin aprelində ÜPİ üzvlüyünə qəbul olunub. Bu hadisə respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar yaradıb. Azərbaycanda poçt sahəsini “Azərpoçt” Birgə Müəssisəsi təmsil edir.
XXI əsrin sonunda SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib.
Hazırda ÜPİ-nin tərkibində 189-dan çox ölkə var.
Ümumdünya Poçt Günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində- “Beynəlxalq məktub həftəsi” adı altında keçirilir.
İlhamə