13 İyul 2020 14:12
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusdan sağalan xəstələrin bir necə ay sonra immunitet sisteminin yox olduğu sübuta yetirilib.

Teleqraf.com xəbər verir ki, İngiltərədəki Kinqs Kollec London mütəxəssislərinin apardığı tibbi araşdırmaya görə, koronavirusdan sağalan xəstələri aylar sonra qrip xəstəliyi kimi immunitetlərini itirə və yenidən koronavirusa yoluxa biləcəkləri müəyyən edilib.

Mütəxəssislər koronavirus xəstələrinin 60 faizində xəstəliyin simptomlarının ortaya çıxmasından 2 həftə sonra koronavirusdan qoruyan antikorlar hazırladığını müəyyən etdilər.

Alimlər tədqiqatdan təxminən 3 ay sonra bu göstəricinin 17 faizə qədər azaldığını və sağalan xəstələrdə imunniteti gücləndirən antikorların zəiflədiyini müşahidə ediblər. Nəticədə bu xəstələrin yenidən koronavirusa yoluxma ehtimalı müəyyən olunub.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər