13 İyul 2020 16:37
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda COVID-19-a daha 529 yeni yoluxma qeydə alınıb, 547 nəfər sağalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8015 test aparılıb.

Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 576249-a çatıb.


Müəllif: Teleqraf.com