14 İyul 2020 10:25
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yabuqovun durumu ilə bağlı məlumat yayıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.

Bildirilib ki, iyunun 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: “Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər