9 Oktyabr 2014 11:35
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın ayrı-ayrı məktəblərində keçirilən səyyar qəbullar davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən xəbərə görə, növbəti səyyar qəbullar oktyabrın 11-də Nərimanov və Yasamal rayonlarında keçiriləcək. Nərimanov rayonu üzrə 177 nömrəli məktəbdə reallaşdırılacaq səyyar qəbula 34, 47, 73, 177, 202, 207, 304 nömrəli məktəblərin müəllimləri və valideynlər müraciət edə bilərlər.

Yasamal rayonu üzrə 53 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 53, 60, 153, 173, 175, 176 nömrəli məktəblərin müəllimləri və valideynlər müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək.
Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Səyyar qəbullar vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

SEVİL


Müəllif:

Oxşar xəbərlər