Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Azərbaycan ordusuna, silahlı qüvvələrə mənəvi dəstəyini qanvermə aksiyası ilə bildirib.
Teleqraf.com xəbər verir ki, nazirliyin kollektivi və ekokönüllülər xüsusi karantin rejiminin qaydalarına əməl etməklə qanvermə aksiyasında iştirak edirlər.
Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürür.
ETSN səhhəti imkan verən hər kəsi qan verməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırır.
Qeyd edək ki, aksiya nazirliyin inzibati binasında keçirilir. İştirak etmək istəyənlər saat 17:00-dək gələ bilərlər.