Lənkəran şəhərində və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.
Teleqraf.com xəbər verir ki, bununla bağlı qərar COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla qəbul edilib.
Xatırladaq ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.