19 İyul 2020 19:58
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Köln şəhərində keçirilən iki ayrı aksiyada Ermənistan ordusunun Azərbaycanın sərhədlərində törətdiyi son təxribatlar və Dağlıq Qarabağın işğalına etiraz edilib.

Teleqraf.com xəbər verir ki, Kölndə fəaliyyət göstərən Almaniya-Azərbaycan Mədəniyyət Dərnəyinin keçirdiyi aksiyalarda Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iştirakçılar Ermənistanın işğalçı siyasətinə qarşı şüarlar səsləndiriblər.

Alman polisi koronavirus pandemiyası səbəbindən 100-dən artıq şəxsə bir yerə toplaşmağa icazə vermədiyi üçün təşkilatçılar iki ayrı aksiya keçirmək qərarı verib.

Aksiyalara Köln və ətraf şəhərlərdə yaşayan Türkiyə vətəndaşları da qatılıb.

Əlavə edək ki, dünən Almaniyanın Münhen və Düsseldorf şəhərlərində də Azərbaycana dəstək aksiyası keçirilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu