Koronavirusla mübarizədə ön cəbhədə tibb bacıları da yer alır.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bir tərəfdən həkimlərimiz var. Onlar da cəmiyyətin üzvüdür və kənarda da virusa yoluxa bilərlər. Digər tərəfdən koronaviruslu xəstələrlə çalışan tibb personalı var. Bu yoluxmalar qaçılmazdır, baxmayaraq ki, qoruyucu vasitələrdən istifadə olunur".