190 manat birdəfəlik müavinətin verilməsi üçün çox şəffaf qaydalar müəyyən edilmişdi.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"190 manat yardımla bərabər tədbirlər planında ictimai iş yerlərinin yaradılması da nəzərdə tutulmuşdu. İctimai işlər üçün bu günə qədər 20 mindən artıq yer açılıb və müraciət mümkündür. Təəssüf ki, insanlar bu işə cəlb olunmaqdansa, 190 manatı almağı üstün tuturlar. Mən gəlir yerlərini itirənləri bu işlərə cəlb olunmağı çağırıram".