22 İyul 2020 00:15
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu saata olan məlumatına əsasən Sarıbaş (Qax), Göygöl, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafada yağış yağıb, şimşək çaxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 21-də Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisinə saat 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.

Qərb küləyi arabir Naftalanda 30 m/s, Gəncədə 25 m/s, Daşkəsəndə 24 m/s, Tərtərdə 23 m/s., Xaçmazda 22 m/s., Şəmkir,Nabranda 20 m/s., Mingəçevirdə 19 m/s, Bərdədə 18 m/s-dək güclənib.


Müəllif: Teleqraf.com