22 İyul 2020 01:16
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç (Serbiya qanunlarına əsasən, silah ixracına icazə verən bu nazirlikdir) silahların Ermənistana verilməsini qismən etiraf edib.

Publika.az "Ruserbia"yaya istinadla xəbər verir ki, nazir deyib:

“2020-ci ildə Ermənistana silahlar bir özəl şirkət tərəfindən verilib, dövlət şirkətləri bu işdə iştirak etməyib. Hansı şirkətdən bəhs etdiyimizi deyə bilmərəm, amma bilirik ki, şirkət əsasən avtomat və tapançalar verir. Anlaşmanın ümumi məbləği isə bir milyon avrodan azdır. Sözügedən yük may-iyun aylarında Ermənistana çatdırılıb".

Lyaiç onu da vurğulayıb ki, rəhbərlik etdiyi nazirlikdən əlavə, ixrac icazəsinə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi də imza atıb. Nazir Ermənistana qarşı sanksiyaların olmadığını və bu vəziyyətdə bir alıcıya imtina etməyin çətin olduğunu deyib.

Bildirək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Serbiya tərəfindən Ermənistana çoxlu sayda minaatan və digər silahların tədarük edilməsi barədə məlumatdan dərin narahatlıq keçirdiyini ifadə etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər