Hazırda 165 peyvənd hazırlıq, 25 peyvənd isə sınaq mərhələsindədir.
Teleqraf.com xəbər verir ki, bunu ÜST missiyasının üzvü David Novillo Ortiz onlayn mətbuat konfransında deyib:
"Peyvəndlər üçmərhələli tətbiq olunacaq. Rusiyanın hazırladığı peyvənd də bu sıradadır. Bəzi peyvəndlər birinci və ikinci mərhələdədir. Hazırda ÜST peyvəndlər üzrə və digər vasitələr üçün qlobal çərçivədir".