3 Avqust 2020 18:08
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricə gedən vətəndaşların 48 saat etibarlılıq müddəti olan test nəticəsi olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Xaricdən gələn vətəndaşlara müəyyən fərqli qaydaların tətbiqi müzakirə olunmaqdadır. Ümumi fikrə görə, xaricdən gələn vətəndaşlar 48 saat test veriblərsə, ölkəyə gəldikdən sonra könüllü olaraq yenidən test verə bilərlər. Təbii ki, bundan imtina edənlər var, o zaman onlar 2 həftəlik karantinə götürüləcəklər", - deyə o qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər