4 Avqust 2020 17:35
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları çimərliklərdə monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər