5 Avqust 2020 13:07
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb.
Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Reyddə qaydalara əməl etməyən 17 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər