Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri İzətullah Zərğaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, nazir qonaqları salamlayaraq bildirib ki, iki ölkə arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir: "Əminəm ki, münasibətlərimiz bundan sonra bu dinamika ilə davam edəcək. Hər iki ölkənin maraqlarını təmin edən məsələlər birlikdə müzakirə ediləcək".
Qəbula görə minnətdarlığını ifadə edən İzətullah Zərğami bu səfərin İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın qurulmasına zəmin olacağını deyib. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, hər il televiziyada uşaqlar üçün ümumi xronometrajı 20 min dəqiqə olan animasiya filmləri və 400-ə yaxın bədii film istehsal edilir.
Mədəniyyət və incəsənətin digər sahələrində görülən işlər haqqında fikirlərini bölüşən qonaq bu istiqamətdə əməkdaşlığın iki dost ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
İzətullah Zərğami İranda Azərbaycan dillində fəaliyyət göstərən televiziyalar haqqında da məlumat verərək qeyd edib ki, incəsənət sahəsində verilişlər qəlbləri bir-birinə yaxınlaşdırılır. İki dövlətin mədəniyyət sahəsində əməkdaşlığı xalqlarımızın mənafeyinə uyğundur.
Nazir Əbülfəs Qarayev iki ölkənin mədəniyyətinin oxşarlığının tarixi kökləri olduğunu diqqətə çatdıraraq bildirdib ki, hər bir dövrün özü ilə gətirdiyi müsbət hallar olur və hər dövrün xalqların mədəniyyətinin, incəsənətinin inkişafında öz rolu var.
Görüş zamanı mədəniyyətin bir sıra sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılılıb.
İlhamə