Bu il ötən ilə nisbətən tələbə qəbulu daha çoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən dövr ərzində Bərdə və Cəlilabadda yeni peşə təhsili müəssisələri tikilib.
Pərviz Yusifov qeyd edib ki, bu il Sumqayıt Kimya Sənaye Fabrikində yeni peşə təhsili müəssisəsinin açılışı planlaşdırılır: "Həmçinin Gəncə və Cəlilabadda yeni emalatxanalar qurulur. Bu sahədə işlərimiz davam edir. Növbəti illərdə həm dövlət vəsaiti hesabına, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində yeni ixtisasların açılması nəzərdə tutulur”.