Sürücülər arasında da koronaya yoluxanlar var. Amma yoluxan sürücülərin dəqiq sayı haqqında məlumat yoxdur.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev deyib.
BNA rəsmisinin sözlərinə görə, sürücülərin, dispetçerlərin və digər personalın sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb:
“Nəticədə sürücülər arasında infeksiyaya kütləvi yoluxma halı qeydə alınmayıb ki, bu da sərnişindaşımaların təşkili baxımından olduqca vacibdir".
BNA rəsmisi bildirib ki, hətta onun özü də bu virusa yoluxanlar arasında olub:
“Mən də yoluxmuşdum. Artıq sağalmışam. İşimin başındayam”.