Nazirlər Kabinetinin qərarı ilə uşaqlara gülünc adların verilməsi qadağan olunub.
Teleqraf.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin keçirdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.
Onun sözlərinə görə, qərara qədər uşaqlara “Fındıq”, “Kələm” və başqa adlar qoyulurdu ki, bu da çox zaman gülüş obyektinə çevrilirdi.
Xidmət rəisi qeyd edib ki, problem qərardan sonra həllini tapdı: "Eləcə də bir sıra adların Azərbaycan dilinə uyğun olmayan formalarının qoyulmasının da qarşısını alınır. Məsələn, “Muxammed” adı Azərbaycan dilində “Məhəmməd” kimi qeydə alınmalıdır”.