18 Avqust 2020 10:04
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər polis şöbəsinin dövlət yol polisi Bölməsinin əməkdaşları tərəfindən qaydaları pozan velosipedçilərə qarşı reyd keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, avtomobil yollarında hərəkət edərək həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradan velosipedçilər saxlanılıb.

Onlarla profilaktik söhbətlər aparılıb, velosipedi digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etmələrinin vacibliyi izah olunub.

Reyd zamanı qaydaları pozan 15 velosipedçi barəsində inzibati tədbir görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər