Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa təkrar yoluxmanı istisna etmir, lakin tələsik nəticələrə gəlməməyə çağırıb.
Bu barədə Honkonqdakı təkrar yoluxmanı şərh edən ÜST-ün mütəxəssisi Mariya Kerkhove danışıb.
“Digər koronaviruslardan bilirik ki, immunitet müəyyən zaman qalır. Hələlik xəstəliyi keçirənlərdə immunitetin olduğunu görürük. Ancaq araşdırmalar davam edir”./report/