Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sonuncu iclasında Baş Prokurorluq tərəfindən iki vəkil - Zibeydə Sadıqova və Nemət Kərimovun barəsində təqdimata baxılıb.
Teleqraf.com xəbər verir ki, iclasda Baş Prokurorluğun Zibeydə Sadıqova və Nemət Kərimovun Vəkillər Kollegiyasından xaric olunması barədə verdiyi təqdimat qəbul edilmyib.
Qeyd edək ki, Vəkillər Kollegiyasına vəkil Bəhruz Bayramov barəsində məşhur şəxs tərəfindən şikayət olunub.
Lakin həmin şikayət araşdırılan zaman Bəhruz Bayramovun haqlı olduğu müəyyən edilib. Onun intizam pozuntusuna yol vermədiyi məlum olub.