Həm məktəb daxilində, həm də məktəbdən kənar ərazilərdə qaydalara riayət olunması vacibdir.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev bu gün keçirdiyi brifinqdə deyib:
"Məktəblinin dostu" layihəsi pandemiya dövründə məktəblərdə işi davam etdirəcək. Onlar məktəb daxilində şagirdlərin temperaturunu ölçəcək. Simptomları olan şəxslərin, onlarla təmasda olanların müəyyənləşdirilməsində "Məktəblinin dostu" kömək edəcək. Əgər hansısa uşağı qızdırması varsa, valideynləri həmin övladlarını məktəbə göndərməməyi tövsiyə edirik".
Nazir bildirib ki, paralel olaraq distant təhsil davam etdiyi üçün övladını məktəbə göndərib-göndərməmək seçimi birbaşa valideyndən asılıdır: "Aparılan sorğular zamanı bəzi valideynlər məktəbləri təhlükəli hesab etsə də, bəziləri məktəblərin açılmasını istədilər. Bu səbəblə valideyn fənlərdən asılı olaraq övladının dərslərə onlayn qaydada qoşulmasını seçə biləcək".