Xüsusi qayğıya ehtiyacı olan, internat tipli məktəblər sentyabrın 15-dən oktyabrın 1-dək mərhələli şəkildə açılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bununla bağlı protokollar hazırlanır, Operativ Qərargahla razılaşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək: "Eyni zamanda peşə təhsili müəssisələrində peşə komponentli qruplarda dərslər ənənəvi qaydada keçirəcək.
Ali məktəblərdə dərslər 15 sentyabrdan onlayn qaydada tədris ediləcək. Oktyabrın 1-dən birinci kursa qəbul olan tələbələrin universitetlərlə tanışlığı məqsədilə ənəvəni qaydada dərslərin keçirilməsi planlaşdırılır.
Eyni zamanda laboratoriya işi tələb edən ixtisaslarda, məsələn, tibb ənənəvi təşkili planlaşdırılır. 1 oktyabrdan sonra bununla bağlı qərar fərqli formada verilə bilər".