Lerikin Cəngəmiran kəndində "Aşura" mərasimi keçirmək istəyənlər saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub.
Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik rayon polis şöbəsinə gətiriliblər.
Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar.
Bir nəfər barəsində toplanmış materiallar isə baxılması üçün Lerik rayon Məhkəməsinə göndərilib