Avqustun 31-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5042 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 922 min 69-a çatıb.
Bu barədə Teleqraf.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2054 nəfərdir. Xəstələrdən 141 nəfəri reanimasiyadadır ki, onlardan da 13-ü süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, avqustun 31-də Azərbaycanda koronavirus infeksiyasına 126 yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.