Ali məktəblərə tələbə yerləşdirilməsi prosesinə sentyabrın 20-dən sonra başlanacaq.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ixtisas seçimi sentyabrın 10-dan 20-dək aparılacaq: “Sentyabrın 20-dən sonra ümumi yerləşdirməni apara biləcəyik. Bundan sonra qeydiyyat mərhələsi başlayacaq”.