Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları Gəncə səmasında uçuşlara başlayıb.
Uçuşlara döyüş təyyarələri və helikopterləri cəlb edilib.
İki ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları Bakı şəhərinin işğaldan azad olunmasının 102-ci ildönümünə həsr olunub.
***
12:25
Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.