Ali Baş komandan və Müdafiə Nazirliyi ərəfindən cəbhədəki vəziyyətlə bağlı beynəlxalq nümayəndələrə məlumatlar verilib. Ermənistan mediası isə saxta məlumatlar yaymaqdan çəkinmir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqində deyib:
"Bu qədər saxta məlumatlar hazırlayan silahlı qüvvələrə Ermənistan xalqı heç özü inana bilməz. Bizim məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və Ermənistanın işğalından azad edilməsidir"