Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində olan institutlarının maliyyələşdirilməsi prinsipi dəyişdiriləcək.
Akademiyanın prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, institutlara büdcə vəsaiti xüsusi proqramlar üzrə ayrılacaq və institutların maliyyələşdirilməsi tam deyil, nisbətən dəyişdirilir.
“Xüsusi proqramlara büdcə maliyyəsi ayrılacaq. Orada iştirak edən gənclərə xüsusi mükafatlar veriləcək. Bu təcrübə dünyada var. AMEA da ilk dəfə bu addımı atır. Güman edirəm ki, nəticəsi müsbət olacaq” deyən AMEA rəhbəri maliyyələşdirmə üçün xüsusi proqramların seçiləcəyini də bildirib:
“Bunun üçün multidiskiplinar tədqiqatlara üstünlük veriləcək. Bu proqramlar Azərbaycan elminin prioritet istiqamətlərinə uyğun olmalıdır. Proqramların seçimini xüsusi komissiya aparacaq və bu poqramlar əlavə maliyyə vəsaiti ilə təmin ediləcək”.
NİGAR