"Sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil, yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur".
Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar:
https://ibar.az/az/donate,
https://gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8,
https://asanpay.az/intro/home,
https://hesab.az/unregistered/#/direct-pay/charity/merchants.
Müdafiə Nazirliyinin rəhbərliyi Orduya maddi və mənəvi dəstək olan hər bir vətəndaşa minnətdarlığını bildirir.