“Mən ümumiyyətlə şəxsi məsələlərlə bağlı müsahibə verməkdən həmişə çəkinmişəm. Mənim atam da Gəncə sakinidir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın ötən gecə Gəncə şəhərini raket atəşinə tutmasına münasibət bildirərkən deyib.
H.Hacıyev qeyd edib ki, hadisə onların Gəncədəki evlərindən bir neçə yüz metr kənarda baş verib.
“Hadisə də bizim evimizdən bir neçə yüz metr aralıda baş vermişdir. Atam da Gəncə şəhərində yaşayır, Gəncə sakinləri ilə bir yerdədir. Onun 82 yaşı var və mənə dedi ki, Ali Baş Komandanın hər bir əmrinə hazıram”.