13 Oktyabr 2020 01:36
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə sakinlərini ermənilərin heç bir təxribatı sarsıda bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Gəncə şəhər sakini, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərindəki yaşayış binasına atdığı raket zamanı xəsarət alan Rüfət Allahverdiyev deyib.

O bildirib ki, hadisə zamanı o da həmin dağılan binada olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Gecə saat 2 olardı, partlayış səsinə oyandıq və hər şey ani oldu. Binamız dağıldı. Əlimizdən heç nə gəlmirdi. Sadəcə, gözləyirdik ki, bina dağılsın, kim sağ qala, kim ölə. Mən binanın 3-cü mənzilində yaşayırdım. Bədən xəsarətləri alsam da möcüzə sayəsində sağ qaldım. Hazırda dövlətimiz tərəfindən sığınacaqla təmin olunmuşuq. Qonşularımızdan dünyasını dəyişənlər də oldu, xəsarət alanlar da. Amma buna baxmayaraq, bizi heç kim, heç bir təxribat ruhdan sala bilməz. Azərbaycan xalqı tarixən mərd olub və indi də mərddir".

E.Allahverdiyev bildirib ki, Gəncə sakinləri ilk gündən Azərbaycan Ordusunun zəfərlərini, uğurlarını alqışlayır və prosesi maraqla izləyir: "Hər gün Ordumuz bizə şad xəbərlər verir. Bir evlə biz nədənsə qorxası deyilik. Biz daim Ordumuza dəstək olmağa hazırıq. Ali Baş Komandan razılıq versə, hətta biz Gəncə şəhərindən də ayrıca batalyon yaradıb düşmənə qan uddurmağa hazırıq. Gəncə əhalisi bu təxribata heç məhəl də qoymur. İnanırıq ki, Ordumuz tezliklə düşmən üzərində qələbə çalacaq və torpaqlarımız tam olaraq işğaldan azad olunacaq. Vətəndaşlar arasında yüksək əhval-ruhiyyə var".


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər