Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 dinc sakin ölüb.
Hadisələr nəticəsində 214 nəfər xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası, 277 mülki obyekt isə yararsız vəziyyətə düşüb.