Şəhid Dmitri Solntsev II Fəxri Xiyabanda dəfn olunub.
Teleqraf.com-un məlumatına görə, şəhidin dəfn mərasimi yekunlaşıb
***
12:35
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Sonçevlə vida mərasimi keçirilib.
Şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:
“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".
Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".
D.Sonçev İkinci Fəxri Xiyabanda dəfn ediləcək./Report/