Gəncədə koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, səhər saatlarından başlayaraq şəhərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb ediliblər.
Dezinfeksiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərini əhatə edib. Yeraltı piyada keçidləri, dayanacaqlar, çoxmənzilli yaşayış binaları, park və xiyabanlar növbəti dezinfeksiya olunublar.
Tibbi-profilaktiki tədbirlərlə yanaşı, Gəncədə abadlıq işləri də həyata keçirilir. Gəncə şəhər MKTİB-nin işçiləri şəhərin müxtəlif ərazilərində genişmiqyaslı təmizlik işləri aparıb, yaşıllıqlara qulluq göstəriblər.