Azərbaycanda internetə girişlə bağlı məhdudiyyətlər hələlik qüvvədədir.
Bu barədə Teleqraf.com-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, hələlik bəzi internet resurslara tətbiq olunan məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı ilə bağlı dəqiq məlumat yoxdur:
"Ümid edirik ki, vətəndaşlar məhdudiyyətlərin tətbiq olunması ilə bağlı anlayış nümayiş etdirəcək".