18 Oktyabr 2014 17:42
3 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siqaret çəkmək ömrün 10, spirtli içki isə 23 ilini yandırır. Teleqraf.com-un məlumatına görə, bu şokedici məlumatları "The Daily Mail" yayıb. Mütəxəssislər xüsusi cədvəl hazırlayıblar. Cədvəlin hazırlanmasında ABŞ, İngiltərə və başqa ölkələrin hesabatlarından istifadə edilib.

1 siqaret - 13,8 dəqiqə
1 doza kokain - 5,1 saat
1 pay spirtli içki - 6,6 saat
1 doza metamfetamin - 11,1 saat
1 doza metadon - 12,6 saat
1 doza heroin - 22,8 saat

İlkin baxışdan bu 13 dəqiqə az kimi görünə bilər. Amma bu zaman keçdikcə sizə uzun illərinizin itirilməsi hesabına başa gələ bilər. Belə ki, orta hesabla bir gənc 17,8 yaşından siqaretə başlayır. Gündə 20 siqaret çəksə, o ğmrünün 10 ilini itirimiş olur.

İçki aludəçiləri isə bu işə 16 yaşdan başlasalar 23,1 illəri ilə vidalaşmalı olurlar.

Kokain 34,5, heroin 41,2, metamfetamin 41,9, metadon isə 38, 2 il həyatın itirilməsinə səbəb ola bilər.


Müəllif:

Oxşar xəbərlər