17 Noyabr 2020 13:14
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya uzun müddətdir Dağlıq Qarabağda fəal işləyən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın daha da gücləndirilməsində maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov BQXK-nin prezidenti Peter Maurer ilə görüşü zamanı deyib.

Lavrov əlavə edib ki, bu təşkilatla əlaqə üçün əlavə sahə açılıb: “Mən Dağlıq Qarabağı nəzərdə tuturam. Bir həftə əvvəl Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli birgə bəyanat imzalanıb.

Rusiya sülhməramlı kontingenti orada yerləşdirilib. BQXK-nin bu bölgədə nə qədər fəal və uzun müddət çalışdığını bilirik. Onsuz da fəal inkişaf edən əməkdaşlığımızı gücləndirməkdə maraqlıyıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər