19 Oktyabr 2014 02:33
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi bir müddət əvvəl Ailə və Toplum xidmətləri idarəsi ilə birlikdə evlənməyə hazırlaşan gənclər üçün kitabça hazırlayıb. Kitabçada xoşbəxt evliliyin 10 sirri sıralanıb. Teleqraf.com bu məsləhətləri oxuculara təqdim edir:

Diqqət - qarşısındakının düşüncələrini anlamaq, onun maraq dairəsinə nəzrə salmaq lazımdır.

Qəbul - qarşınızdakının səssiz verdiyi önəmli mesajlara hazır olun və qəbul edin.

Minnətdarlıq və tərif - həyat yoldaşınıza qarşı duyduğunuz minnətdarlığı sözlərinizlə, davraşınızla nümayiş etdirin.

Dəstək - hər hansı problem, çətinlik qarşısında həyat yoldaşınızın yanında olun və ona dəstək verin.

Cəsarətləndirmə - məqsədinə çatmaq üçün ona dəstək verin, təşviq edin.

Təqdir - təqdiri nümayiş etdirmək, müsbət düşünmək və danışmaq lazımdır.

Sevgi və şəfqət - bir-birinizə şəfqətlə yanaşın və fiziki təmas içərisində olun.

Təhlükəsizlik və hüzur - əlaqələrinizdə qarşılıqlı anlaşma nümayiş etdirin. Çalışın heç birinizin zərər görməyəcəyinizə əmin olun.

Ovutma və simpatiya - istifadə etdiyiniz sözlərlə, hərəkətinizlə onu anladığınıza,yanında olduğunuza əmin edin.

Hörmət - qarşınızdakına verdiyiniz dəyəri ifadə edin. Evlilikdə hörmət sevgi qədər önəmlidir.

Evlilik münasibətlərinin daha da dərinləşməsi üçün hər gün həyat yoldaşınızla azı 10 dəqiqə söhbət edin. Bu zaman kəsiyində birlikdə etməyi xoşladığınız işləri görün. Sadəcə, ikinizə aid olan bu dəqiqələrin dadını çıxarın. Ərinizi və ya arvadınıza psixoloji dəstək çox vacibdir. Bunu təmin etmək üçün hər gün azı ona heç olmasa bir dəfə komplement deyin, tərifləyin, uğurlarını təqdir edin.


Müəllif:

Oxşar xəbərlər