22 Noyabr 2020 15:28
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 196 yeni yoluxma faktı qeydə alınıb, 1 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 93 094 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 841 nəfər müalicə olunaraq sağalıb, 1 131 nəfər vəfat edib, aktiv xəstələrin sayı 28 122 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 175, ötən müddət ərzində isə ümumilikdə 1 607 455 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər