30 Noyabr 2020 10:35
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr qar yağıb.

Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər