"Azərbaycanın COP29-u təşkil etməsi böyük uğurdur. Buna görə çox minnətdaram. Çünki mədən yanacağından asılı ölkələr var. Bizim karbon emissiyasını azaltmağa ehtiyacımız var".
Bu sözləri Teleqraf.com-a açıqlamasında İsveçrə Federal Şurasının üzvü Albert Rösti deyib.
Onun sözlərinə görə, COP29 uğurla başa çatacaq: "Fikirləşirəm ki, inkişaf etməkdə olan ölkələr təsirləri azaltmağa nail olacaq. Digər tərəfdən, maliyyə məqsədilə bağlı mövzular müzakirə edilir və prosesin bərabər həyata keçirilməsi üçün addımlar atılır".