13:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Gürcüstan sərhədində dövlət sərhədini pozmağa cəhd göstərən üç şərti sərhəd pozucusu zərərsizləşdirilib.

Teleqraf.com-un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Divizyasında Gürcüstan istiqamətindən sərhədi pozmağa cəhd göstərən üç sərhəd pozucusu sərhədçilər tərəfindən zərərsizləşdirilib.

DSX-nin Sərhəd Qoşunları Komandanı General-leytenant Araz Məmmədov deyib ki, Gürcüstan sərhədində yerləşən Babəkar zastavasında şərti sərhəd pozucusunun saxlanması əməliyyatı keçirilib.

Məlumata görə, ərazidə quraşdırılan kameralar vasitəsi ilə 20 km-lik ərazini müşahidə etmək mümkündür.

Qeyd olunub ki, sərhəd pozucuları aşkar olunduqdan sonra zastavaya məlumat verilir və onların zərərsizləşdirilməsi istiqamətində işlər görülür.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər