11 Dekabr 2020 09:23
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 10-da 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, onlardan 26 nəfəri evlərinə qayıtarılıb, 1 nəfər daha ağır COVID-19 xəstəsi isə xəstəxanaya yerləşdirilib.

Onlardan 26 şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər