İTV-nin xəbərlər proqramının aparıcısı Alidə Mustafayeva bir müddət əvvəl həyatını itirən atasının rəsmini sosial şəbəkədə paylaşıb.
Teleqraf.com xəbər verir ki, Alidə Mustafayeva İnstaqram hesabında atası haqda bu sözləri qeyd edib: "Bu gün ilk doğum günüdür ki, bizimlə deyil. Allah bütün valideynlərə can sağlığı versin, dünyasını dəyişənlərə isə rəhmət eləsin. Bu il bizdən çox gözəl insanları apardı".