23 Dekabr 2020 12:12
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumətin gördüyü məqsədyönlü tədbirlər nəticəsində koronavirus pandemiyasının yarada biləcəyi böhranın qarşısı alınıb.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində pandemiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, xalqın rifahının təmin edilməsi, işğal edilmiş ərazilərdə nəzərdə tutulan tədbirlər, dövlət sərhədlərinin bərpa edilməsi və digər xərclər nəzərə alınıb.

S.Şərifov bildirib ki, büdcə Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək istiqamətində tədbirlər nəzərə alınmaqla tərtib edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər