23 Dekabr 2020 16:43
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın apardığı 44 günlük müzəffər müharibə əməliyyatı, orada qəhraman oğullarımızın iştirakı, hərbi əməliyyatın nəticələri haqqında mütləq böyük əsərlər yazılmalıdır.

Bunu Teleqraf.com-a şair Rüstəm Behrudi deyib.

Şair bildirib ki, indi Azərbaycanda ədəbi nəsil yetişib: “Əlbəttə, bəzən deyirlər ki, niyə belə əsərlər yazılmayıb. Amma unutmayaq ki, müharibənin getdiyi müddətdə belə əsərlər yazmaq bir qədər çətindir. Bundan sonra yazılacaq. Məncə, bu, daha çox zamanla bağlı məsələdir. Vaxt kedikcə gözəl və sanballı əsərlərin yazılmasının şahidi olacağıq. Mən buna qəti inanıram”.

R. Behrudi deyib ki, o, böyük əsərlərin yazılmasını gözləyir: “Vətənimiz uğrunda şəhid olan, qan axıdan hər bir qəhramanımız haqqında bilməli, oxumalı və gələcək nəslllərə öyrətməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər