Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin 20 Yanvar küçəsində karantin qaydalarını pozaraq fəaliyyət göstərən internet klub aşkar ediblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, internet klubu işlədən şəhər sakini B.İsmayılov və orada olan 3 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.